AMM.AZNET.ORG

WWW.AMM.AZNET.ORG

AZƏRBAYCANI MODERNLƏŞDİRMƏ MƏRKƏZİNİN MƏQALƏLƏRİ VƏ MÜSAHİBƏLƏRİ

Bizə xəbər verin!

Məktublarınızı gözləyirik!

modern@internews.az 

Yaşamaq haqqı üstündə Demokratiya ilə

Antidemokratiyanın bir diskussiyası

 

Rəmzi Anayasa Məhkəməsinin yeni proqramı Bütün Dünya üzrə İnsan Haqları Bəyənnaməsinin maddələrini məhkəmə çəkişmələrinin hədəfi etməyə yönəlib. Məqsəd bu çəkişmələrdə Demokratiya ilə Demokratiyanın gerçək düşmənlərini və ya düşmən rolunu simvolik yerinə yetirən iddiaçıları cavabdehlərlə toqquşdurmaqdır. Bir vaxtlar Demokratiyanın Azərbaycanda ağılları və ürəkləri fəth etməsi zəif müqavimətlərlə rastlaşırdı. İndi isə ölkədə elə bir durum yaranıb ki, Demokratiyanı yenidən sübut etməyə gərək var. RAM bunu gözə alaraq Demokratiya dəyərlərini düşüncə dartışmalarının dramasından keçirməklə populyar etmək istəyir.

 Daha ətraflı oxuyun


Niyazi Mehdi

 

Ruh, mədəniyyət, insan yeyinliklə yavaşlıq arasında

 

 İnsan ta əzəldən körpülər axtarışında olmağa, körpülərdən keçməyə, körpülər qurmağa və çox tez-tez də körpüləşməyə tutulmuş varlıqdır. Paskal demişdi, insan əsadır. İndi bu əsanı iki tay arasına qoyub deyə bilərik: insan körpüdür.

  Düzdür, Bibleik Cənnət simvolunun bir fəlsəfi yozumu anlada bilər ki, ilkin, mutlu durumunda, hələ Bilik ağacının meyvəsini yemədiyi, "tarix" deyilən biçimlərə girmədiyi, tarix axarına düşmədiyi çağda Adəmin və Həvvanın ruhu elə bir keçidsiz, donuq anda bulunmuşdu ki, orada heç bir körpüyə gərək yox idi.

  Cənnətə doğru keçiddə körpüdən danışmaq olar, ən azı ona görə ki, İslamda ona sarı Sirat körpüsü uzanır. Ancaq Cənnətin içində, - hətta Quranda deyilən təmiz süd, bal irmaklarını götürsək belə, - nələrinsə üstündən körpü keçməsindən heç bir soraq yoxdur.

  Körpünün həndəsəsi iki nöqtədən və onlar arasında keçidə gərəyin olmasından yaranır. İlkin durumunda Adəmin və Həvvanın qutu həzz-ləzzət və kef şiddətində donub qalmış olmalıydı. Çünki Cənnət xoşbaxtlığında və həzzində dərəcədən-dərəcəyə, azdan-çoxa keçidlər olmamalıdır, olsa, dünyadakı adi psixolojilər alınar. O, yer üzündə dünyəvilikdədir, mutluluq, həzz şiddətin zirvə nöqtəsində çox qala bilmir, ya insan öyrəşdiyinə görə, ya başqa nədənlərə (səbəblərə) görə xoşbaxtlıq insanda həmişə təpə nöqtəsindən yıxılır. Yıxılır ya bədbəxtliyə, ya darıxqanlığa, ya da boşalmışlığa, sakitliyə. Cənnət xoşbaxtlığında isə iki nöqtə yoxdur ki, körpüyə gərək olsun. Cənnət mutluluğunda ruhun bir nöqtədə cəmlənməsi olmalıydı (1).

 Daha ətraflı oxuyun


Niyazi Mehdi

Fəlsəfə elmləri doktoru, professor

 

Dərinlik strukturlarının qovulması: mədəniyyət

və sənətdə dayazlıq biçimi

Müəllif-tekst-qarvayan üçlüyününün  dərinliyi

 

Dərinlik, öz içinə dibə doğru (və ya dibsizliyə doğru) çoxlu mənalar yığmaq, qab kimi içinə toplamaq "şəkilləri" "mədəniyyət" deyilən olayı düşünməyimizdə bizə başlıca akkordları verən, yolları göstərən psixi, anladıcı başlanğıcdır. Maraqlıdır ki, latınca "avtor" sözünün anlamı yeni nəyisə yaradıb verən yox, nələrisə toplayandır. Yəni yaradan kəs əsərin içinə nələrisə toplayandır, yığandır.

 

 Daha ətraflı oxuyun