|
|
Rəmzi
Anayasa Məhkəməsi haqqında bilgi
RAM-ın məqsəd və vəzifələri
Ram-ın
çalışma, işələmə formaları
RAM-ın
üzvləri aralarındakı müzakiərdə Rəmzi
məhkəmədə baxılmaq üçün İnsan
Haqları, Demokratiya, hüquqi mədəniyyət baxımından
gərəkli olan qanunu, normativ aktı seçirlər.
Bəzən seçimə hansı vətəndaş
fəalınınsa, qurumununsa iddia ərizəsi təpgi
verir. Sonra şərti məhkəmə prosesində seçilmiş
qanun, normativ akt məhkəməyə çəkilir. Məhkəmə
"Rol oyunları" prinsipində qurulur. Onun iştirakçıları
şərti hakim, şərti iddliaçı və şərti
cavabdeh olur. Prosesi
iclasçı katib (klerk) protokollaşdırır. RAM-ın
tamaşaçıları jüri, yəni andlılar rolunda
çıxış edlirlər və verdikt onların
səsverməsi ilə verilir. Bəzən
məhkəmədə tərəflərin ekspertləri,
şahidləri də iştirak edirlər. Proseslərə
jurnalistlər, tələbələr, vətəndaş
fəalları, siyasi partiyaların nümayəndələri
çağrılırlar. Rəmzi
məhkəmə prosesi videolentə çəkilir. Onun
protokolları isə İntpernetə qoyulur. RAM-ın
yerinə yetirdiyi proqramlar 1.
1999-cu ildə RAM "Rəmzi Anayasa Məhkəməsi (vətəndaş
nəzarətinə örnəklər)" proqramını
yerinə yetirib. Bu proqram çərçivəsində baxılan
məsələlərdən bəziləri: (1)
"Ram-ın iddiaçıları Azərbaycan Konstitusiyasının
mətninə qarşı" (2)
"Azər Həsrət Ədliyyə Nazirliyinə qarşı" (3)
"İslami-İttihad qanunvericilikdə dini azadlığın
cızığa salınmasına qarşı" (4)
"Qanun" dərgisi Səhiyyə Nazirliyinə qarşı" (5)
"Zəhmətkeşlərin Müdafiə Liqası yeni
Əmək Məcəlləsinə qarşı" və s. Proseslər
üzrə mətbuatda 20-cən məqalə çıxmış,
məhkəmənin fraqmentləri TV kanalları ilə göstərilmişdir. 2.
1999-2000-ci illərdə RAM "Azərbaycan qanunları üzərində
rəmzi məhkəmə" proqramını yerinə
yetirmişdir. Bu proqram çərçivəsində baxılan
məsələlərdən bəziləri: (1)
"Tele-radio "Sara" Ədliyyə Nazirliyinə qarşı". (2)
"Azadlıq" qəzeti Bələdiyyə seçkilərini
keçirmək qaydalarına qarşı". (3)
"Redaktorlar Birliyi "Mətbuat Haqqında" yeni Qanuna
qarşı". (4)
"Gənc Hüquqşünas Qadınlar Assosiasiyası
Ədliyyə Nazirliyinə qarşı" və s. Bu
proqramın prosesləri üzrə mətbuatda 38-cən
məqalə çıxmış, məhkəmə haqqında
7 süjet TV kanalları ilə göstərilmişdir. 3.
2000-ci ildə RAM fəalları "Konstitusiyamız bizə
kömək edə bilirmi?" adında vətəndaş
təhsil filmini çəkmiş, filmin 200-cən
videokassetini paylamışdır. Filmin prodüsseri Hikmət
Hacızadə olmuşdur. 4.
Həmin ildə RAM fəalları "Qeydiyyat olay" adında
ikinci vətəndaş təhsil filmini çəkmiş,
filmin 200-cən videokassetini paylamışdır. Eyni zamanda bölgələrdə
filmin əsasında 6 seminar keçirilmişdir. 5.
2000-2001-ci illərdə RAM "Rəmzi Antikorrupsiya
Məhkəməsi" proqramını gerçəkləşdirmişdir. Bu
proqram çərçivəsində baxılan
məsələlərdən bəziləri: (1)
Müstəqil Məhkəmələr Uğrunda İctimai
Birlik hakimlər korpusunun yaradılması üzrə
qanunvericiliyə qarşı". (2)
"Yeni Nəsil" nəşriyyatı "Nəşriyyat
fəaliyyəti haqqında" Qanunun korrupsiya törədicisi
olan 1,2, 3-cü maddələrinə qarşı". (3)
"Aəzər Mehdi "Dövlət əmlakının
özəlləşdirilməsi haqqında" Qanunun
korrupsiya törədən məqamlarına qarşı". (4)
"Sahibkarlara Hüquqi Yardım Mərkəzi "Sahibkarlıq
fəaliyyəti haqqında" Qanunun korrupsiya törədicisi
olan maddələrinə qarşı". (5)
"Səfdər Nəhmətov "Əlilliyin qarşısının
alınması və əlillərin sosial müdafiəsi haqqında"
Qanununa qarşı". Bu
proqramın prosesləri üzrə mətbuatda 30-can
məqalə çıxmışdır. RAM-ın proyekti
sonucunda dünya vətəndaş hərəkatında dünyada
analoqu olmayan Şərti Antikorrupsiya Məhkəməsi yaranmışdır. 6.
2001-ci ildə RAM-ın qadın fəalları "Mehriban
Zəki dövlət məmuruna qarşı" adında
təhsil filmini çəkmiş və film əsasında 6
bölgədə seminar keçirilmişlər. 7.
2002-2003-cü illərdə RAM "Demokratiya ilə
Antidemokratiya arasında RAM səyyar məhkəmə çəkişməsi"
adlı proqramı gerçəkləşdiroməyə başlamışdır.
RAM-ın
kitabları İndiyənəcən
bizim aşağıdakı kitablar çapdan çıxıb: Anayasa
Məhkəməsi bəyan edir Bakı, "Qanun", 2001. Qanunları
necə gerçək etməli. Rəmzi Anayasa
Məhkəməsindən 9 örnək. Bakı, "Qanun",
2002. RAM-ın
təsirlərindən Hüquqi
Maarif Cəmiyyəti özünün "Vətəndaş
məsələləri üzrə gənc hüquqçular
üçün treninq kursu" adlanan proqramında RAM-ın
protokollarından kazus materialları kimi istifadə edib. RAM-ın
iştirakçılarından olan İntiqam Əliyev bizim
protokollardan kazus materialları kimi "Xəzər"
Universitetinin hüquq fakültəsində istifadə edib. RAM-ın
təsiri altında hüquq fakültələrində
Rəmzi məhkəmələr keçirilməyə başlayb. Tutu" Uşaq Mədəniyyət Fondu Uşaq Ekologiya Məhkəməsi yaradıb. |